Bank Of Baku

Sabahdan Azərbaycan ərazisində hava nisbətən sərinləşəcək

Sabahdan Azərbaycan ərazisində hava nisbətən sərinləşəcək
# 21 avqust 2008 12:56 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Azərbaycanda avqustun 18-dən müşahidə edilən anomal isti hava şəraiti sabahdan nisbətən sərinləşməyə başlayacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru İmran Məmmədov APA-ya bildirib ki, avqustun 22-dən havanın temperaturu ötən günlərə nisbətən bir necə dərəcə aşağı düşəcək.

Avqustun 22 və 23-də respublika ərazisində yağmursuz hava şəraiti müşahidə ediləcək, axşam və gecə saatlarında isə bəzi qərb rayonlarında qısamüddətli yağış ehtimalı var, qərb küləyi əsəcək. Rayonlarda havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 26-31 dərəcə isti qeydə alınacaq.

Bakı və Abşeron yarımadasında avqustun 22 və 23-də hava dəyişkən buludlu, yağmursuz olacaq, şimal küləyi əsəcək, arabir güclənəcək. Gecə 23-26, gündüz 35-37 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR