Bank Of Baku

Ombudsman indiyədək 47 rayonda ictimai dinləmə keçirib

Ombudsman indiyədək 47 rayonda ictimai dinləmə keçirib
# 21 avqust 2008 20:31 (UTC +04:00)
Bakı – APA. Mingəçevir şəhərində İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı (MFP) ilə bağlı ictimai dinləmələr davam etdirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova yaxın günlərdə şəhərin 60 illiyinin qeyd olunacağını xatırladıb.
Ombudsman MFP-nin təsdiq edilməsindən ötən müddət ərzində bu sahədə xeyli iş görüldüyünü söyləyib.

İctimai dinləmə Yevlaxda davam etdirilib. İndiyədək 47 rayonda ictimai dinləmələr keçirildiyini xatırladan Ombudsman artıq prezidentliyə namizədlərin qeydiyyatdan keçdiyini diqqətə çatdırıb.

Səfər çərçivəsində Müvəkkil Mingəçevir şəhər və Yevlax rayon Polis Şöbələrinin müvəqqəti saxlama təcridxanasına baxış keçirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR