Bank Of Baku

Azərbaycan Ombudsmanı Beynəlxalq Sülh Günü münasibətilə müraciəti edib

Azərbaycan Ombudsmanı Beynəlxalq Sülh Günü münasibətilə müraciəti edib
# 21 avqust 2008 14:10 (UTC +04:00)
Bakı – APA. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 21 - sentyabr Beynəlxalq Sülh Günü münasibətilə müraciəti edib. Ombudsman Aparatından APA-ya verilən məlumata görə, müraciətdə göstərilib ki, 1981-ci ildən BMT-nin qərarına əsasən, sentyabrın 21-i dünyada Beynəlxalq Sülh Günü kimi qeyd olunur. BMT-nin baş katibi bu il iyunun 13-də sülh günü münasibətilə qarşıdakı 100 gün ərzində hökumətlər, icmalar və fərdlər tərəfindən konkret tədbirlərin görülməsi ilə bağlı dünya xalqlarına müraciət edib. Müvəkkil bu məqsədlə 21 avqust -21 sentyabr tarixlərində “Sülh aylığı”nın keçirilməsi təşəbbüsü irəli sürüb. Aylıq çərçivəsində müxtəlif tədbirlərin həyata keçirilməsi və görülən işlər barədə BMT Baş Katibliyinə, İnsan Hüquqları üzrə Ali Komissarlığına, Beynəlxalq Sülh Bürosuna və digər beynəlxalq qurumlara məlumatlar göndəriləcək.

Müvəkkil dövlət qurumlarına, yerli özünüidarəetmə orqanlarına, vətəndaş cəmiyyətinə müraciət edərək onları bu aylıq çərçivəsində müvafiq tədbirlər keçirməyə və bu istiqamətdə əməkdaşlıq etməyə çağırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR