Bank Of Baku

Texnikumlara qəbul imtahanının nəticələri bu gün açıqlanacaq

Texnikumlara qəbul imtahanının nəticələri bu gün açıqlanacaq
# 22 avqust 2008 10:24 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA-Economics. Bu gün axşam saatlarında Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2008-2009-cu tədris ili üçün 9 illik (əsas) təhsil bazasından orta ixtisas məktəblərinə avqustun 21-də keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayacaq. APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, imtahan nəticələri həm də avqustun 23-də “Abituriyent” jurnalının 9-cu sayında dərc ediləcək. Komissiya sədrinin sözlərinə görə, bu il əsas təhsil bazasından orta ixtisas məktəblərinə ayrılan 9452 plan yerinə 23277 abituriyent sənəd verib. Onlardan 14147 nəfəri qız, 9130 nəfəri oğlandır. Plan yerlərinin 5831-i ödənişsiz, 3621-i ödənişli əsaslarla olan ixtisaslardır. Onlardan 8566 yer Azərbaycan, 256 yer rus bölməsinə, 630 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir.
M. Abbaszadə deyib ki, bu gün həm də Bakı Yanğın-Texniki Məktəbinə qəbul üçün avqustun 21-də keçirdiyi imtahanın nəticələrini açıqlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR