Bank Of Baku

Jurnalistlər Vərəmli Məhkumların İxtisaslaşdırılmış Müalicə Müəssisəsini ziyarət ediblər

Jurnalistlər Vərəmli Məhkumların İxtisaslaşdırılmış Müalicə Müəssisəsini ziyarət ediblər
# 22 avqust 2008 11:08 (UTC +04:00)
Bakı - APA. Bu gün jurnalistlərin Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Vərəmli Məhkumların İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə ziyarəti təşkil olunub. APA-nın məlumatına görə, müəssisənin rəisi Nazim Quliyev bildirib ki, müəssisədə xəstə məhkumların müalicəsi üçün hər bir şərait yaradılıb. Onun sözlərinə görə, müəssisə lazımi tibbi avadanlıqlarla təchiz edilib: “Müəssisədə “DOTS +” proqramı çərçivəsində 86 nəfər rezident vərəmli xəstə müalicə olunur ki, bu proqramla aparılan müalicənin dərman preparatları çox bahalıdır. Lakin biz xəstələri həmin dərmanlarla təmin edirik. Bundan əlavə ildən ilə vərəmdən ölən məhkumların sayı azalır. Məsələn 2002-ci ildə 53 məhkum xəstəlikdən dünyasını dəyişmişdisə, 2005-ci ildə bu 66, 2008-ci ildə isə 29 olub. Biz bu rəqəmlərin daha da azalması üçün əlimizdən gələni edirik. Vərəmli xəstələrin müalicəsi uzun sürdüyündən hər gün onlara 2 ədəd meyvə şirəsi, yoqurt, yarım litr qatıq, ət, kartof, şokolad və başqa qidalar verilir”.

Media nümayəndələri məhkumların qəbul otağı, müalicə mərkəzləri, laboratoriya, rentgen otağı və palatalarına baxış keçiriblər. Palatalardakı məhkumlar vəziyyətlərinin getdikcə yaxşılaşdığını deyiblər, saxlanma şəraitindən razılıq ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR