Bank Of Baku

Azərbaycanda ali məktəblərin ödənişli ixtisasları üzrə təhsil alanların çoxu oğlanlardır

Azərbaycanda ali məktəblərin ödənişli ixtisasları üzrə təhsil alanların çoxu oğlanlardır
# 22 avqust 2008 11:12 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. “Apardığımız ilkin araşdırmalar göstərir ki, Azərbaycanda ödənişli ixtisaslar üzrə təhsil alanların çoxu oğlanlardır. Azərbaycan ailələri qızlar üçün təhsil haqqını ödəmək istəmirlər”. APA-nın məlumatına görə, bu sözləri bu gün keçirdiyi mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib. Komissiya sədri bildirib ki, dövlət ali məktəblərinin ödənişsiz ixtisaslarına qəbul olunanların 50 faizi qızlar olur. Belə məktəblərin ödənişli ixtisaslarında təhsil alan qızların sayı isə azalaraq, 40 faizə enib. M. Abbaszadənin sözlərinə görə, özəl ali məktəblərə qəbul olunanlar da əsasən, oğlanlardır. Dövlət orta ixtisas məktəblərində ödənişsiz əsaslarla təhsil alanların 30 faizi oğlanlar, 70 faizi qızlardır. Həmin məktəblərin ödənişli ixtisaslarında təhsil haqqının təxminən 200 manat olduğunu xatırladan TQDK sədri deyib ki, belə ixtisaslar üzrə təhsil alanlar da əsasən, Bakı, Sumqayıt və digər şəhərlərdə yaşayan ailələrin qızlarıdır. Orta ixtisas məktəblərinin ödənişsiz ixtisasları üzrə təhsil alanlar isə regionlarda yaşayan abituriyentlərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR