Bank Of Baku

Bakıda biotəhlükəsizlik mövzusunda seminar keçirilib

Bakıda biotəhlükəsizlik mövzusunda seminar keçirilib
# 22 avqust 2008 13:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev-APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin təşkilatçılığı və aidiyyati dövlət qurumlarının, beynəlxalq təşkilatların, sahibkarların iştirakı ilə “Biotəhlükəsizlik – günün tələbi” mövzusunda elmi-praktik seminar keçirilib.

İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə iştirak edən İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin rəisi Xaliq Məmmədov qeyd edib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi tədbirləri konteksində qida məhsullarında biotəhlükəsizlik məsələlərinin həlli aktuallığı ilə seçilir: «Problemin həlli beynəlxalq təşkilatların, o cümlədən «Böyük səkkizlik», BMT-nin FAO təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çərçivəsində keçirilən tədbirlərdə əsas müzakirə mövzusu olaraq qalmaqdadır. Bu zərurətdən irəli gələrək ölkəmizdə də qeyd olunan problemin həlli istiqamətində iqtisadi mexanizmlərin təkmilləşdirilməsi, xarici ölkələrin bu sahədə təcrübələrinin öyrənilməsi əhəmiyyətlidir».

Tədbirdə çıxış edənlər seminarın əhəmiyyətini vurğulayıb, müzakirələrdə səslənən təkliflərin Azərbaycanda əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının yaxşılaşdırılması, istehlakçıların bu sahədəki hüquqlarının qorunması, qida məhsullarında biotəhlükəsizlik probleminin həlli sahəsində tədbirlərin həyata keçirilməsində faydalı olacağını qeyd ediblər. Xatırladaq ki, seminarda ərzaq məhsulları istehsalı sahəsində fəaliyyət göstərən 20-dək sahibkar iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR