Bank Of Baku

Azərbaycanın daha iki kəndi yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısına daxil edilib

Azərbaycanın daha iki kəndi yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısına daxil edilib
# 25 avqust 2008 08:24 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Nazirlər Kabineti 2002-ci ilin avqustun 22-də verdiyi «Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında» qərarına əlavələr edib.
Nazirlər Kabinetindən «APA-Economics»ə verilən məlumata görə, bu əlavələr Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin razılaşdırılmış təklifi əsasında edilib. Yeni qərarda «Azərbaycan Respublikasında dəniz səviyyəsindən 1200 metrdən 1500 metrədək yüksəklikdə yerləşən yaşayış məntəqələrinin siyahısı»ndakı «Yaşayış məntəqələrinin adları» qrafasının «Lerik rayonu» hissəsinə «Siyov kəndinin yuxarı hissəsi» sözləri və «Quba rayonu» hissəsinə «Mucu kəndi» sözləri əlavə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR