Bank Of Baku

İnsan Hüquqları üzrə Müvəkkil Xızıda ictimai dinləmə keçirib

İnsan Hüquqları üzrə Müvəkkil Xızıda ictimai dinləmə keçirib
# 26 avqust 2008 21:52 (UTC +04:00)
Bakı – APA. İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) təbliği və tətbiqi vəziyyətinin monitorinqi məqsədilə 53 rayonda ictimai dinləmə keçirilib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xızı rayonunda keçirilən ictimai dinləmədə çıxış edən Müvəkkil Elmira Süleymanova Ermənistanın Azərbaycana qarşı təcavüzü, torpaqlarımızın işğalı, bir milyon soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi, onların hüquqlarının kütləvi şəkildə pozulduğunu bildirib, ölkədə Sülh aylığına başlandığını qeyd edib.

Müvəkkil yeni tikilmiş Xızı Rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasına baxış keçirib, saxlanılma şəraitinin təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR