Bank Of Baku

İsrail həkimləri Gəncədə 42 nəfər qadını müayinə edib

İsrail həkimləri Gəncədə 42 nəfər qadını müayinə edib
# 28 avqust 2008 01:57 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı – APA. Heydər Əliyev Fondu və İsrail Qadın Sağlamlıq Tibb Mərkəzinin birgə təşəbbüsü ilə Gəncədə qadınlar arasında erkən diaqnostikanı aşkar etmək və qadın sağlamlığına dair problemlərin konsultasiyası keçirilib. «Horev» Klinikasının aparıcı mütəxəssisi Roman Barak APA-nın qərb bürosuna bildirib ki, Gəncəyə gələn 4 nəfərlik professor heyəti qadınlarda olan süd vəzləri, ginekologiya, terapevtik sahələr üzrə müayinə edəcək:

“Xəstə qadınlarla bərabər sağlam qadınları da qəbul edəcəyik, sağlamlıqları ilə maraqlanıb suallarını cavablandıracağıq. Hazırda yalnız konsultativ xidmət göstərib, diaqnozu təyin etdikdən sonra bizimlə işləyən həmkarlarımız Gəncədə bu təyinatı həyata keçirəcəklər və biz İsraildən də onlarla əlaqə saxlayacağıq”.

Bu gün 42 qadın qəbul edilərək müayinə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR