Azərbaycanda növbəti əmək yarmarkası keçirilib
27 avqust 2008 13:46 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin təşkilatçılığı ilə bu gün Qəbələ rayonunda işaxtaranlar üçün əmək yarmarkası keçirilib. İdarənin sektor müdiri Pərviz Məmmədov «APA-Economics»ə bildirib ki, bu yarmarkada 19 müəssisə 268 vakant iş yeri təqdim edib. Yarmarkada 89 işsiz müvafiq işlərə göndəriş alıb, 13 nəfər peşə hazırlığı kurslarına cəlb edilib.
İndiyədək respublikanın müxtəlif şəhər və rayonlarında keçirilən 24 yarmarkada 924 müəssisə 9418 boş iş yeri təqdim edib. Yarmarkalarda 2338 nəfər münasib işlərə göndəriş alıb, 241 nəfər peşə hazırlığı, 107 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.
Qeyd edək ki, növbəti yarmarkalar avqustun 28-də Tovuzda, 29-da Şəmkir, Göyçay, Saatlı, Gədəbəy, Dəvəçi, Cəlilabad və Kürdəmirdə olacaq.

Sosial
Bakıda piyada vurulması ilə nəticələnən qəza səbəbindən sıxlıq yaranıb
20:59
12 sentyabr 2024
Türkiyə Ali Məhkəməsinin sədri ilə görüş keçirilib
16:39
12 sentyabr 2024
Tullantıların idarə edilməsinə dair qanunvericiliyə təklif olunan dəyişikliklər müzakirə edilib
12:37
12 sentyabr 2024
Koalisiya: Ermənistanda fəaliyyət göstərən mədən şirkətlərinin şəffaflığı aşağı səviyyədədir
11:50
12 sentyabr 2024