Bank Of Baku

Prezident İlham Əliyev “Sosial müavinətlərin artırılması haqqında” fərman imzalayıb

Prezident İlham Əliyev “Sosial müavinətlərin artırılması haqqında” fərman imzalayıb
# 27 avqust 2008 17:01 (UTC +04:00)
Əlillik, “ümumi xəstəlik”, “hərbi xidmət dövründə xəstələnmə”, “əmək zədəsi və peşə xəstəliyi”, “hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar”, “Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar” səbəbindən baş verdikdə əlilliyə görə müavinətlər də artırılıb. Bu müavinətlər I qrup əlillərə 50 manat, II qrup əlillərə 35 manat, III qrup əlillərə isə 30 manat müəyyənləşdirilib.
Sağlamlıq imkanları məhdud olan 18 yaşınadək uşaqların aylıq müavinəti 50 manat, ailə başçısını itirməyə görə müavinət isə 40 manat müəyyənləşdirilib.
Əmək pensiyası almaq hüququ olmayan Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə, müharibə veteranı adı almış şəxslərə, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş, müharibə illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslərə və keçmiş SSRİ silahlı qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri kimi iştirak etmiş şəxslərə müavinət 25 manat məbləğində müəyyənləşdirilib.
Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət 40 manat, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət 25 manat, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə aylıq müavinət 20 manat məbləğində müəyyənləşdirilib.

Prezident birdəfəlik müavinətlərin də məbləğini artırıb.
Radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün müavinət 150 manat, uşağın anadan olmasına görə müavinət 50 manat, dəfn üçün müavinət 100 manat birdəfəlik müavinət müəyyənləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR