Bank Of Baku

Bu gün Azərbaycanın 7 rayonunda əmək yarmarkası keçirilib

Bu gün Azərbaycanın 7 rayonunda əmək yarmarkası keçirilib
# 29 avqust 2008 14:15 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğulluq İdarəsinin təşkilatçılığı ilə bu gün Şəmkir, Göyçay, Saatlı, Gədəbəy, Dəvəçi, Cəlilabad və Kürdəmir rayonlarında işaxtaranlar üçün əmək yarmarkası keçirilib.
İdarədən «APA-Economics»ə verilən məlumata görə, Şəmkirdə keçirilən yarmarkada 21 müəssisə 165 vakant iş yeri təqdim edib. Yarmarkada 68 işsiz müvafiq işlərə göndəriş alıb.
Göyçayda keçirilən yarmarkada 17 müəssisə 151 vakant yer təqdim edib. Yarmarkada 49 işsiz müvafiq işlərə göndəriş alıb, 14 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.
Saatlıda keçirilən yarmarkada 34 müəssisə 520 vakant yer təqdim edib. Yarmarkada 120 işsiz müvafiq işlərə göndəriş alıb, 24 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.
Gədəbəydə keçirilən yarmarkada 34 müəssisə 238 vakant yer təqdim edib. Yarmarkada 58 işsiz müvafiq işlərə göndəriş alıb, 11 peşə hazırlığı, 12 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.
Dəvəçidə keçirilən yarmarkada 13 müəssisə 209 vakant yer təqdim edib. Yarmarkada 48 işsiz müvafiq işlərə göndəriş alıb.
Cəlilabadda keçirilən yarmarkada 22 müəssisə 252 vakant yer təqdim edib, nəticədə 71 işsiz müvafiq işlərə göndəriş alıb, 15 nəfər peşə hazırlığı, 10 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.
Kürdəmirdə keçirilən yarmarkada isə 58 müəssisə 429 vakant yer təqdim edib. Yarmarkada 176 işsiz müvafiq işlərə göndəriş alıb, 12 nəfər peşə hazırlığı, 10 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.
Qeyd edək ki, ümumilikdə bu il respublikanın 31 regionunda keçirilən 32 yarmarkada 1170 müəssisə 11565 boş iş yeri təqdim edib. Yarmarkalarda 3023 nəfər münasib işlərə göndəriş alıb, 280 nəfər peşə hazırlığı, 177 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR