Bank Of Baku

QHT-lərə Dövlət Dəstəyi Şurası qurumun büdcəsinin artırılması ilə bağlı təkliflərini hökumətə təqdim edib

QHT-lərə Dövlət Dəstəyi Şurası qurumun büdcəsinin artırılması ilə bağlı təkliflərini hökumətə təqdim edib
# 01 sentyabr 2008 11:49 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası qurumun büdcəsinin artırılması ilə bağlı təkliflərini hökumətə təqdim edib. Bu barədə APA-ya açıqlamasında şuranın üzvü Əliməmməd Nuriyev bildirib. Şura üzvü bu il 1.5 milyon manatlıq büdcə ilə elan etdikləri müsabiqəyə ümumilikdə 5 milyon 570 min manatdan artıq məbləği əhatə edən layihələrin təqdim edildiyini deyib. Ə. Nuriyev bu il QHT-lərin təqdim etdiyi layihələrə cəmi 1 milyon 200 min manat vəsait ayrıldığını bildirib. Onun sözlərinə görə, təkcə ötən il müxtəlif beynəlxalq təşkilatların və səfirliklərin Azərbaycanda fəaliyyət göstərən QHT-lərin təqdim etdiyi layihələrə ayırdığı vəsait 25-30 milyon ABŞ dolları civarında olub: “Ötən il SOROS Fondu tərəfindən Azərbaycan QHT-lərinə 2 milyon, USAİD tərəfindən isə 20 milyon dollar vəsait ayrılıb”. Ə. Nuriyev Azərbaycanda 3 mindən artıq QHT-nin fəaliyyət göstərdiyini və onların təqdim etdiyi layihələrin maliyyələşdirilməsi üçün Qeyr-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına ayrılan büdcə vəsaitinin artırılmasının zəruri olduğunu bildirib: “Bu məqsədlə təkliflərimizi hazırlayaraq hökumətə göndərmişik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR