Bank Of Baku

Azərbaycanda havanın temperaturu sentyabrın 3-dən yenidən yüksəlməyə başlayacaq

Azərbaycanda havanın temperaturu sentyabrın 3-dən yenidən yüksəlməyə başlayacaq
# 01 sentyabr 2008 14:18 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan ərazisində sərin hava sabah da davam edəcək. Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidroloji Proqnozlar Bürosunun direktoru İmran Məmmədov APA-ya bildirib ki, sentyabrın 2-də Abşeron yarımadasında arabir güclənən xəzrinin üstünlüyü sayəsində nisbətən sərinlik effektinin yaranacağı gözlənilir. Bu da insanlar üçün əlverişlidir. Günün ikinci yarısından isə şimal küləyi şimal-şərq küləyinə keçəcək və tədricən zəifləyəcək.

Avqustun 2-də Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 20-24, gündüz 27-30 dərəcə isti olacaq. Sentyabrın 3-dən isə külək artıq zəifləyəcək, temperaturlar nisbətən yüksəlməyə başlayacaq. Həmin gün havanın temperaturunun günorta saatlarında 28-32 dərəcə olacağı gözlənilir.

İ. Məmmədov deyib ki, sentyabrın 3-4-də arabir havada rütubətliliyin normadan çox olması bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR