Bank Of Baku

BİZNES-QOROSKOP

BİZNES-QOROSKOP
# 01 sentyabr 2008 14:25 (UTC +04:00)








Qoç


Bütün ay ərzində ən fəal sahə sizin üçün işgüzar və şəxsi münasibətlərin qurulması olacaq. Gələcəkdə gəlir gətirəcək əlaqələr və uzun ömürlük dostluqlar qurmaq imkanınız var. Ailə qurmaq istəyənlər də çəkinməsinlər, uğurlu təqvimdir. Sentyabr ayının ilk günlərində karyera qurmaq cəhdləriniz uğurlu olsa da arzuladığınız nəticələr yalnız payız aylarında başlayacaq. Odur ki ulduzlar sizə müvəqqəti uğurun arxasınca deyil daimi müvəffəqiyyət üçün bir az səbir etməyinizi məsləhət görür. Çalışın səbirli və təkəbbürlü olun.

Uğurlu günlər: 7, 8, 16, 17, 25.
Uğursuz günlər: 1, 2, 9, 10, 22, 30.

Buğa



Buğalar əsas güclərini işlərinə sərf edəcəklər. Qarşınızda olan öhdəlikləri həyata keçirmək üçün əla vaxtdır. Sentyabrın sonuna kimi istər intellektual istərsə də fiziki güc tələb edən məsələləri həll edə bilərsiniz. Ayın ikinci ongünlüyündə rəhbərlik, kolleqalarınız yaxud da tabeçiliyinizdə olan insanlarla münasibətlərinizi qaydaya salın. Hətda işdə məhəbbət macərası da mümkündür. Elmi biliklərini artırmaq istəyən buğalar da bu aydan kifayət qədər bəhrələnə bilər. Müxtəlif kurslara yazıla, əməkdaşlarınızla fikir mübadilələri apara bilərsiniz. Ancaq bir az gözləyin tez başlamayın, zəhmətiniz hədər gedər.

Uğurlu günlər: 1, 9, 10, 18, 19, 27, 28.
Uğursuz günlər: 4, 5, 12, 13, 25.

Əkizlər



Payızın ilk ayında bir çox romantik görüşlər olacaq. Tənha əkizləri maraqlı tanışlıqlar gözləyir. Sentyabr bütünlükdə yaradıcı və duyğulu günlərlə yadda qalacaq. Uğurlu ittifaqlar, qarşılıqlı anlaşma, romantik görüşlər - bütün bunlarla zəngin təqvimdən kifayət qədər istifadə etməyə çalışın. Övlad dünyaya gətirmək istəyən valideynlər də bu aydan yararlana bilər. Artıq çoxdan valideyn olmuş əkizləri isə övladlarının sevincli günlərinə ürəkdən sevinmək nəsib olacaq. İnvestisiya qoyuluşunda da sizi uğur gözləyir. Bu məsələdə çox diqqətli davranın. Əgər işə başlamazdan əvvəl kifayət qədər ölçüb biçsəniz - hər şey sizin üçün aydın və uğurlu olacaq.

Uğurlu günlər: 2, 3, 12, 13, 20, 21, 29, 30.
Uğursuz günlər: 7, 8, 14, 15, 27, 28.

Xərçəng



Xərçənglərin əsas uğurları ailə münasibətlərində olacaq. Əlaqələrini itirdiyiniz qohumlarınız, valideynləriniz yaxud da digər ailə üzvlərinizlə münasibətlərinizi bərpa edə bilərsiniz. Daşınmaz əmlaka yaxud da torpaq sahəsinin tikilişinə başlamaq arzusu uğurla həll oluna bilər. Kənd təsərrüfatı ilə məşğul olan şəxslər isə bu sahədə birə-beş məhsul toplaya biləcəklər. Ümumiyyətlə ay bir çox sıx əlaqələr üçün də uğurlu olacaq. Ailə də qura bilərsiniz. Sentyabr ayının sonuna kimi bir çox işgüzar, perspektivli və uzunmüddətli sazişlər də imzalamaq yerinə düşər.

Uğurlu günlər: 4, 5, 14, 15, 22, 23.
Uğursuz günlər: 2, 3, 9, 10, 16, 17, 19, 30.

Şir



Səyahətlər, başqa yerə daşınmaq, yaxud da müxtəlif insanlarla görüşlərlə zəngin ay olacaq. Şəxsi görüşdən çox telefon əlaqələrinə üstünlük verəcəksiniz. Sonralar daha sıx dostluq əlaqəsinə çevriləcək küçə tanışlıqları olacaq. İş yerinizdə perspektivli və inamverici işləriniz artacaq. Bəlkə də bu çoxdan bəri arzusunda olduğunuz maddiyatı sizə bəxş etməyəcək, ancaq ən azından bu dövr sizin praktika toplamağınız üçün çox sərfəlidir. Çalışın vaxtdan istifadə edin və informasiya bazanızı zənginləşdirin. Kolleqa və tabeçiliyinizdə olanlar şəxslər arasında hörmət qazanmaq uğrunda mübarizəni gücləndirin. Tezliklə gərəyiniz olar.

Uğurlu günlər: 7, 8, 16, 17, 25.
Uğursuz günlər: 4, 5, 12, 13, 18, 19.

Qız



Payızın ilk ayında imkanlarınızın, əlavə gəlir üçün çalışmalarınız artacaq. İstədiyiniz nəticəni gərgin əmək və zəhmət sayəsində əldə edə bilərsiniz. Bunun üçün məsrəfçilikdə etməyə bilərsiniz. Amma unutmayın ki, bu ay alış-veriş etmək üçün çox sərfəlidir. Şəxsi münasibətlərdə xoş anlar yaşanacaq. Çoxdan sürən tanışlıq və əlaqəni artıq daha da dərinləşdirməyin vaxtı çatıb. Vaxtınızın bir qismini də övladlarınıza ayırmanız məsləhətdir. Onlara verəcəyiniz məsləhət uşaqlar üçün çox yadda qalan olacaq.

Uğurlu günlər: 1, 9, 10, 18, 19, 27, 28.
Uğursuz günlər: 7, 14, 15, 20, 21.

Tərəzi



Sentyabrın bir çox hadisələri şəxsən sizdən yan keçməyəcək. Özünüzdə belə bir təsəvvür yaranacaq ki, həyatda heç bir hadisə sizin köməyiniz yaxud iştirakınız olmadan keçməyəcək, sanki dünya ətrafınızda fırlanacaq. Məhz bu səbəbdən davranışınızdan çox şey asılı olacaq. Bir çox həyati məsələlərin həllinə qəti qərar verməli olacaqsınız. Özünüzə də kifayət qədər vaxt ayırmağınız məsləhətdir. İdman və kosmetik prosedurlar üçün çox uğurlu təqvimdir. Belə olan halda siz ətrafdakıların daha çox diqqət və rəğbətini qazana biləcəksiniz. Ulduzların düzülüşü sizin ev probleminizin həllinə də yardımçı olacaq. Lakin bütün bunlar o demək deyil ki, tələsik qərar verib onun həllinə başlayın. Qərar verib və yavaş-yavaş onu həyata keçirin. Tam irəli.

Uğurlu günlər: 2, 3, 12, 13, 20, 21, 29, 30.
Uğursuz günlər: 9, 10, 17, 22, 23.

Əqrəb



Ulduzların düzülüşü əqrəblərin əksəriyyətinə gizli eşq macəraları bəxş edəcək. Sizin simpatiyanız olsa da bunu hər hansı bir səbəbdən gizli saxlamalı olacaqsınız. Ay ərzində digər zamanlardan fərqli olaraq daha çox istirahətə ehtiyacınız olacaq. Bir çoxlarından fərqli olaraq sizin işdən çox istirahətə daha çox ehtiyacınız və tələbatınız var. Odur ki, özünüzü stress vəziyyətinə çatdırmamış vaxtında gedin dincəlin. Açıq havada gəzin, səyahətə çıxın. Ayın sonlarına yaxın isə işgüzar sazişdə imzalaya bilərsiniz.

Uğurlu günlər: 4, 5, 14, 15, 22, 23.
Uğursuz günlər: 12, 13, 18, 19, 25, 26.

Oxatan



Yeni plan və ideyalarla dolu olacaq ay yaşayacaqsınız. Bu planların bir qismini indi digərini isə uzunmüddətli perspektiv üçün başqa vaxta saxlamağınız məsləhətdir. Müxtəlif tanışlıqlar və görüşlər olacaq. Kiminsə müdaxiləsi ilə çox uğurlu tanışlıq olacaq. Dostlarınız arasında dəyişikliklər və artım gözlənilir. Həmfikirləriniz çoxalacaq. Maddi imkanınızın yaxşılaşdırılması üçün də çalışın. Əsas üstünlüyü sizə çox qazanc gətirən bir işin üstünə deyil, daimi qazanc gətirəcək bir planın reallaşmasına verin.

Uğurlu günlər: 7, 8, 16, 17, 25.
Uğursuz günlər: 14, 15, 20, 21, 27, 28.

Oğlaq



Oğlaqların əsas uğuru karyerada olacaq. Dəqiq və qətiyyətli olun. Bu da sizin planlarınızın həyata keçməsi üçün əsas amillərdən biri bəlkədə birincisidir. Qarşınıza qoyduğunuz bir çox məqsədə çata bilərsiniz. Sentyabrın əsas xüsusiyyətlərindən biri də şəxsi inkişafınız olacaq. Ümumiyyətlə özünü inkişafa daim can atın. Dünya görüşünüzü artırın, cəmiyyətdəki davranışınıza və nizam-intizama diqqət yetirin. Yeməyinizə də fikir verin. Bu ay sizə lazım olmayan artıq çəki ala bilərsiniz.

Uğurlu günlər: 1, 9, 10, 18, 19, 27, 28.
Uğursuz günlər: 2, 3, 16, 17, 22, 23, 30.

Dolça



Çox səyahət edəcəksiniz. Siz əcnəbilərlə görüşə, xarici ölkələrə səfər edə bilərsiniz. Ümumiyyətlə başqa ölkəyə daimi yaşamağa getmək arzusu da baş qaldıracaq. Bu istək xüsusilə də növbəti səfərlərdən birində başlamış romantik görüşdən sonra baş verəcək. Tələsik qərar verməyin sonrakı peşmançılıq fayda verməz. Elmi biliklərinizi, savadınızı, xarici dil öyrənmək istəyini də həyata keçirsəniz pis olmaz.

Uğurlu günlər: 2, 3, 12, 13, 20, 21, 29, 30.
Uğursuz günlər: 4, 5, 18, 19, 25.

Balıqlar



Ulduzların düzülüşü bir çox romantik görüşlər üçün uğurludur. Cazibədarlığınız xeyli artacaq. Münasibətləriniz isə yalnız ehtiraslar üzərində qurulacaq. Ay ərzində çoxdan arzusunda olduğunuz ideyanızı həyata keçirməyə çalışın. Münasibətlərinizin əhatəsi genişlənəcək ki, bu da dostlarınızın sayının artmasına gətirib çıxaracaq. Gələcəkdə sizə çox lazım olacaq dostluqlar qurmaq üçün uğurlu vaxtdır.

Uğurlu günlər: 4, 5, 14, 15, 22, 23.
Uğursuz günlər: 6, 7, 20, 21, 27, 28.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR