Bank Of Baku

Azərbaycanda “Yay Gənclər Karyera Məktəbi” təşkil edilib

Azərbaycanda “Yay Gənclər Karyera Məktəbi” təşkil edilib
# 02 sentyabr 2008 00:00 (UTC +04:00)
Bakı-APA. Gənclər və İdman Nazirliyi və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi “Karyera uğrunda!” Gənclər Təhsil Proqramı çərçivəsində “Yay Gənclər Karyera Məktəbi” təşkil edib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktəb 7-12 sentyabr tarixlərində Quba rayonunun Qəçrəş kəndində təşkil olunacaq. Məktəbdə 14-29 yaşlı Bakı, Şəki, Lənkəran, Gəncə, Qubadan olan 60 gənc iştirak edəcək. Karyera məktəbində dərslər professional mütəxəssislər tərəfindən veriləcək. Qeyd edək bu cür məktəb ilk dəfədir ki, fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR