Bank Of Baku

Bakı və regionlarda texniki-peşə təhsili mərkəzləri yaradılacaq

Bakı və regionlarda texniki-peşə təhsili mərkəzləri yaradılacaq
# 06 sentyabr 2008 09:55 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva-APA. Təhsil Nazirliyi Bakı və bir sıra regionlarda texniki-peşə təhsili mərkəzlərinin yaratmağı nəzərdə tutub. Nazirlikdən APA-ya verilən məlumata görə, institusional fəaliyyət göstərəcək yeni mərkəzlərdə həmin regionlarda mövcud olan texniki-peşə təhsili müəssisələrinin fəaliyyəti təhlil olunacaq. Burada formalaşan məlumatlar əsasında isə təhsil müəssisələrinin inkişaf strategiyası müəyyənləşəcək və müvafiq plan hazırlanacaq. Nazirlikdən bildirilib ki, Azərbaycanda texniki-peşə təhsili sisteminin məzmununda bir sıra dəyişiklik edilməsi də planlaşdırılır. Yeni dərsliklər, texniki-peşə təhsili standartları, xarakteristikası və kurrikulum hazırlanması nəzərdə tutulub. Bu işlər hamısı 2007-2012-ci illər üzrə "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR