Bank Of Baku

Bu həftə Azərbaycanda 11 əmək yarmarkası keçiriləcək

Bu həftə Azərbaycanda 11 əmək yarmarkası keçiriləcək
# 08 sentyabr 2008 11:26 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi bu həftə ərzində respublika ərazisində 11 əmək yarmarkası keçirəcək.
İdarədən «APA-Economics»ə verilən məlumata görə, sentyabrın 9-da Astarada, 10-da Bərdə, Biləsuvar, Naftalan, Samuxda, 11-də Ağdam, Goranboy, Lerikdə, 12-də Beyləqan, Zərdab və Yevlaxda olacaq.
Ümumilikdə isə, bu il respublikanın 37 şəhər və rayonunda 38 yarmarka keçirilib. Bu yarmarkalarda 1 357 müəssisə 13 042 boş iş yeri təqdim edib. Yarmarkalarda 3 664 nəfər münasib işlərə göndəriş alıb, 340 nəfər peşə hazırlığı, 227 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR