Bank Of Baku

Zərdabda rayon İcra Hakimiyyəti başçısının iradı ilə razılaşmayan məktəb direktoru istefa verib

Zərdabda rayon İcra Hakimiyyəti başçısının iradı ilə razılaşmayan məktəb direktoru istefa verib
# 08 sentyabr 2008 12:46 (UTC +04:00)
Zərdab. Zahid Abışov-APA. Bu gün Zərdab rayonunda təhsil işçilərinin konfransı keçirilib. APA-nın Mərkəzi Aran bürosunun məlumatına görə, konfransda 2007-2008-ci ildə rayonda təhsil sahəsindəki vəziyyət, qarşıda duran vəzifələr müzakirə edilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Lütvəli Babayev, təhsil şöbəsinin müdiri Nəsimi Hüseynov çıxış edib. Çıxışlarda Zərdab rayonunda bu il ərzində 3 yeni məktəbin tikintisinə başlandığı, 1 məktəbin isə əsaslı təmir olunduğu bildirilib. İcra Hakimiyyəti başçısı L. Babayev bir sıra orta məktəblərin direktorlarına işlərində yol verilən nöqsanlarla bağlı xəbərdarlıq edib. Tənqidlə razılaşmayan 2 saylı şəhər orta məktəbinin direktoru Təlim Mürsəlov tutduğu vəzifədən istefa verdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR