Bank Of Baku

Azərbaycan ərazisində mülayim hava şəraiti daha iki gün davam edəcək

Azərbaycan ərazisində mülayim hava şəraiti daha iki gün davam edəcək
# 08 sentyabr 2008 12:54 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan ərazisində mülayim hava şəraiti daha iki gün davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru İmran Məmmədov APA-ya bildirib ki, sentyabrın 9-10-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən, yağmursuz olacaq, şimal-şərq küləyi əsəcək. Yaxın iki gün ərzində havanın temperaturu gecə 19-23, gündüz 28-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında isə havanın mülayim keçəcəyi, bəzi ərazilərdə şimşək çaxacağı, axşam və gecə saatlarında yağış yağacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR