Bank Of Baku

Qərib Məmmədov: «Azərbaycanda yeni yaşayış massivləri və yolların tikintisi nəticəsində münbit torpaqlar dövriyyədən çıxarılır»

Qərib Məmmədov: «Azərbaycanda yeni yaşayış massivləri və yolların tikintisi nəticəsində münbit torpaqlar dövriyyədən çıxarılır»
# 08 sentyabr 2008 13:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycanda ərzaq təhlükəsizliyi proqramı çərçivəsində ölkənin torpaq ehtiyatlarının yenidən qiymətləndirilməsi və bu sahədə çoxsaylı tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Bunu «APA-Economics»ə açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DƏİEDK) sədri Qərib Məmmədov bildirib.
«Bu proqramla komitəyə 12 tədbir həvalə olunub. Bura torpaqların inventarlaşdırılması, torpaq kadastrı və s. tədbirlər daxildir. İlk olaraq biz ölkədəki mövcud vəziyyəti təhlil edərək təkliflərimizi verməliyik», - deyə Q.Məmmədov vurğulayıb.
Komitə sədrinin sözlərinə görə, ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün əlavə əkinə yararlı torpaqların müəyyənləşdirilməsi nəzərdə tutulur. Proqram çərçivəsində əlavə olaraq əkinə 900 min hektara yaxın torpaq cəlb olunmalıdır: «Bu istiqamətdə torpağın şorakətləşməsi, eroziyaya uğraması, şəhərləşmə prosesi ilə bağlı torpağın dövriyyədən çıxarılması və s. kimi təsirlərin qarşısının alınması da bizə həvalə olunub. Tikinti, yeni yaşayış massivlərinin salınması, yolların çəkilməsi nəticəsində əkinə yararlı münbit torpaqlarımız dövriyyədən çıxarılır. Bu isə çox təhlükəli tendensiyadır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR