Bank Of Baku

Azərbaycanın Zaqatala rayonunda İngiltərə kralı 2-ci Karlın adı ilə bağlı medal aşkarlanıb

Azərbaycanın Zaqatala rayonunda İngiltərə kralı 2-ci Karlın adı ilə bağlı medal aşkarlanıb
# 08 sentyabr 2008 13:26 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov - APA. Azərbaycanın Zaqatala rayonunda orta əsr Avropasına aid gümüş medal aşkarlanıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Cahangir Soltanov məlumat verib. C. Soltanovun sözlərinə görə, medalın Avropada səlib yürüşləri zamanı və ondan sonrakı dövrlərdə yaranmış 12 dini ordenlərdən biri sayılan “Tartiyerlər” ordeninə məxsus olduğu güman edilir. O, medalın İngiltərə və Şotlandiya kralı 2-ci Karlın (1660-1685) adı ilə bağlı olduğunu da söyləyib. Hazırda tarixçilər medalın elmi annotasiyasının tərtib olunması ilə bağlı araşdırmalar aparırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR