Bank Of Baku

Naxçıvanda bütün birinci sinif şagirdlərinə pulsuz məktəb ləvazimatları paylanacaq

Naxçıvanda bütün birinci sinif şagirdlərinə pulsuz məktəb ləvazimatları paylanacaq
# 08 sentyabr 2008 17:00 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu - APA. Naxçıvan Muxtar Respublikasında (MR) bütün birinci sinif şagirdləri pulsuz tədris vəsaitləri ilə təmin ediləcək. Naxçıvan MR Təhsil Nazirliyinin şöbə müdiri Sabir Məmmədovun APA-ya verdiyi məlumata görə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2008/2009-cu tədris ilində məktəbə ilk dəfə qədəm qoyacaq şagirdlər üçün hər biri 17 adda olmaqla 5025 ədəd dərs ləvazimatı artıq Naxçıvana gətirilib. Sentyabrın 15-dək ləvazimatlar MR bölgələri üzrə orta məktəblərinə paylanılacaq.

Qeyd edək ki, hazırda Naxçıvan MR-də 222 orta məktəb var. Bu il 5000-dən artıq şagird 1-ci sinfə gedəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR