Bank Of Baku

Şahbuzun Şada kəndində yeni məktəb binasının və tibb məntəqəsinin açılışı olub

Şahbuzun Şada kəndində yeni  məktəb binasının və tibb məntəqəsinin açılışı olub
# 09 sentyabr 2008 09:01 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikası Şahbuz rayonun ucqar sərhəd məntəqəsində yeni sosial obyektlər istifadəyə verilib. Naxçıvan MR Ali Məclisi aparatının mətbuat xidmətindən APA-nın yerli bürosunun verilən məlumata görə, rayonun Ermənistanla sərhəd ərazisində yerləşən Şada kəndində yeni məktəb binasının və tibb məntəqəsinin açılışında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov iştirak edib. V. Talıbov 1500-2000 ucqar dağ-yaşayış məntəqəsinə göstərilən dövlət qayğısından danışaraq son illər kəndin davamlı elektrik enerjisi və mavi yanacaqla təmin olunduğunu, bütün xidmət sahələrinin fəaliyyət göstərdiyini, bu istiqamətdə tədbirlərin davam edəcəyini bildirib. Şada kənd orta məktəbi 88 yerlikdir. İstifadəyə verilən feldşer-mama məntəqəsində həkim və müayinə otaqları, ilkin səhiyyə xidmətinin göstərilməsi üçün hər cür şərait yaradılıb. Tibb məntəqəsi zəruri dərman preparatları ilə və tibbi avadanlıqlarla təmin edilib. Tədbirlər çərçivəsində kəndə 2,8 kilometr məsafədən yeni su xətti də çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR