Bank Of Baku

Tovuzda neolit dövrünə aid tikilinin qalıqları aşkar olunub

Tovuzda neolit dövrünə aid tikilinin qalıqları aşkar olunub
# 09 sentyabr 2008 11:00 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Tovuz rayonunda yerləşən Göytəpə neolit yaşayış məskənində aparılan arxeoloji qazıntılar nəticəsində neolit dövrünə aid tikilinin qalıqları və heyvan sümüyündən düzəldilmiş müxtəlif nümunələr aşkarlanıb. Bu barədə APA-ya ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Fərhad Quliyev məlumat verib. O, üzə çıxarılan qədim ev və emalatxanalardan tapılan kömür qalıqlarının Yaponiyaya analizə göndərildiyini bildirib: “Radiokarbon analizi vasitəsilə qazılmış təbəqənin və tapıntıların yaşı müəyyən ediləcək. Tədqiqatlarımıza böyük maraq göstərən yaponiyalı mütəxəssislərin də fikrincə, abidə Qafqazın ən qədim istehsal təsərrüfatına yiyələnən yaşayış məskənidir. Bu abidə dünya əhəmiyyətlidir və Qafqazda nadir rast gəlinən belə abidələr əsasən Azərbaycandadır”. F. Quliyev tədqiqatların qədim yaşayış məskəninin yerüstü muzeyə çevirmək məqsədilə aparıldığını söyləyib: “Belə yerüstü muzey-şəhərin nümunələri artıq Türkiyə və Yunanıstanda var. Növbəti il tədqiqatların daha geniş və uzunmüddətli aparılması nəzərdə tutulub. Çalışırıq ki, aşkarlanan bütün qalıqlar bərpa edilsin və Göytəpə yaşayış məskəni cəmiyyətə təqdim olunsun”.

Qeyd edək ki, ərazidə aparılan tədqiqatın ilkin mərhələsi bu ay yekunlaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR