Bank Of Baku

Yevlaxın Duzdaq kəndinə təbii qaz verilib

Yevlaxın Duzdaq kəndinə təbii qaz verilib
# 09 sentyabr 2008 23:00 (UTC +04:00)
Yevlax. Teymur Zahidoğlu-APA Yevlaxın Duzdaq kəndinə təbii qaz verilib. 70 ailə təsərrüfatından ibarət olan yaşayış məntəqəsində artıq 30-dan çox ev sayğaclaşdırılıb. Yevlax Rayon Qaz İstismar İdarəsinin rəisi Ədalət Məmmədov APA-nın Qarabağ bürosuna bildirib ki, iki gün ərzində kəndin mavi qazla təchiz olunması işi başa çatdırılacaq. Bu, rayonun qazla fasiləsiz təmin olunan 7-ci kəndidir. İlini sonunadək daha 15 kənd təbii qazla təmin olunacaq. İdarə rəisinin sözlərinə görə, artıq Yevlax şəhəri tamamilə qazlaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR