Bank Of Baku

Tərtərdə təhsil işçilərinin konfransı keçirilib

Tərtərdə təhsil işçilərinin konfransı keçirilib
# 10 sentyabr 2008 00:00 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu-APA. Tərtərdə yeni dərs ilinə hazırlıq işləri ilə bağlı təhsil işçilərinin konfransı keçirilib. Tədbirdə ötən dərs ilinin yekunlarına dair müzakirələr aparılıb, yol verilmiş nöqsanlar və qarşıda duran vəzifələr diqqət mərkəzində olub.
Rayon Təhsil Şöbəsinin müdiri Aydın Qarayev APA-nın Qarabağ bürosuna bildirib ki, hazırda rayonun bütün ümumtəhsil orta məktəbləri yeni dərs ilinə tam hazırdır. Ancaq iki orta məktəb binasında vəziyyət ürəkaçan deyil. Onun sözlərinə görə, Şıxarx-1 və Şıxarx-2 qəsəbələrindəki orta məktəblər tam şəraitsizdir: “Həmin ərazi qoşunların təmas xəttinin lap yaxınlığında yerləşir və hərbiçilərin nəzarəti altından olduğundan burada təhsil ocaqlarının vəziyyətinin normallaşdırılması yolları araşdırılır”.
Tərtər Rayon İcra Hakimiyyəti Mülki Müdafiə Qərargahının rəisi İlqar Musayev APA-ya açıqlamasında deyib ki, Tərtər şəhərində fəaliyyət göstərən 5 ümumtəhsil orta, 1 peşə məktəbindən 8 adda müxtəlif çaplı top və «Qrad» mərmisi, eləcə də müxtəlif növ partlamamış döyüş sursatı aşkarlanaraq zərərsizləşdirilib. Kənd məktəblərində də mina və başqa təyinatlı sursat növlərinə rast gəlinib. Ümumilikdə yaşayış massivləri və təhsil müəssisələri daxil olmaqla 63 ünvan təmizlənərək mina və sursat təhlükəsindən azad olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR