Bank Of Baku

Astarada əmək yarmarkası keçirilib

Astarada əmək yarmarkası keçirilib
# 09 sentyabr 2008 13:17 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA-Economics. Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Baş Məşğulluq İdarəsi bu gün Astarada əmək yarmarkası keçirib. İdarədən “APA-Economics”ə verilən məlumata görə, 25 müəssisənin 187 vakant iş yeri təqdim etdiyi yarmarkada 88 nəfər münasib işlərə göndəriş alıb, 16 nəfər peşə hazırlığı kurslarına cəlb edilib. Ümumilikdə bu il 38 şəhər və rayonda 39 yarmarka keçirilib. Bu yarmarkalarda 1382 müəssisə 13 min 229 boş iş yeri təqdim edib. Yarmarkalarda 3752 nəfər münasib işlərə göndəriş alıb, 356 nəfər peşə hazırlığı, 227 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub. Növbəti yarmarkalar sentyabrın 10-da Bərdə, Biləsuvar, Naftalan və Samuxda, ayın 11-də Ağdam, Goranboy və Lerikdə, ayın 12-də isə Beyləqan, Zərdab və Yevlaxda olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR