Bank Of Baku

Ukrayna hökuməti Kiyevdəki Azərbaycan məktəbini bina ilə təmin edib

Ukrayna hökuməti Kiyevdəki Azərbaycan məktəbini bina ilə təmin edib
# 09 sentyabr 2008 22:50 (UTC +04:00)
Bakı – APA. Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Kiyevdə 1999-cu ildən fəaliyyət göstərən bazar günü məktəbi bu tədris ilindən rəsmi qaydada yerlə təmin edilib. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya bildiriblər ki, Kiyevin Qoloseyevski rayonundakı 37 saylı orta məktəbin binası həftə sonları istifadə etmək üçün Azərbaycan məktəbinə verilib. Ukrayna dövləti bu məktəbdə dərs deyəcək müəllimlərə əməkhaqqı da verəcək. Bu barədə Ukrayna prezidentinin Bakıya səfəri zamanı onunla Azərbaycan prezidentinin görüşündə razılıq əldə olunub. Məktəbdə ilk dövrdə 25-dək şagird təhsil alacaq. Kiyevdə yaşayan digər xalqların nümayəndələri də bu məktəbdə Azərbaycan dilini, tarixini, mədəniyyətini öyrənməyə maraq göstərirlər. Məktəbin dərs vəsaitləri ilə təmin olunması üçün Ukrayna Azərbaycanlıları Konqresi Azərbaycanın Təhsil Nazirliyinə müraciət edib. Digər zəruri ləvazimatlar isə Ukrayna Azərbaycanlıları Konqresinin vəsaiti hesabına alınacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR