Bank Of Baku

Ceyhun Osmanlı: “Azərbaycan Prezidenti yanında İnsan Kapitalı Fondunun yaranmasına ehtiyac var”

Ceyhun Osmanlı: “Azərbaycan Prezidenti yanında İnsan Kapitalı Fondunun yaranmasına ehtiyac var”
# 09 sentyabr 2008 14:21 (UTC +04:00)
Bakı-APA. “Azərbaycanda Prezident yanında İnsan Kapitalı Fondunun yaranmasına ehtiyac var”. Bu sözləri APA-ya açıqlamasında “İrəli” Ümumrespublika Gənclər Hərəkatının təsisçisi Ceyhun Osmanlı deyib. C. Osmanlı bildirib ki, bu gün Azərbaycan təhsil sistemində ardıcıl islahatlar getsə də, hələ də təhsil sistemi inkişaf etmiş qərb təhsil standartlarına uyğun deyil: “Başqa bir danılmaz fakt ondan ibarətdir ki, bu gün Azərbaycanda dövlət qulluğu işçilərinin maaşları, eyni zamanda dövlət qulluğunda çalışanların sosial xidmət paketləri bir sıra xarici şirkətlər tərəfindən təklif edilən maaşlarla və sosial paketlərlə rəqabət qabiliyyətli deyil. Məhz bunun nəticəsində Azərbaycanın müstəqillik illərində formalaşmış keyfiyyətli insanlar bu gün çalışmaq üçün xarici şirkətlərə daha çox üstünlük verirlər. Şübhəsiz ki, bu məsələ də Azərbaycanda insan kapitalı siyasətinin müzakirə predmeti olmalıdır”.

C. Osmanlı deyib ki, bu gün insan kapitalı siyasəti Azərbaycanın gələcək inkişafı baxımından ən önəmli məsələdir: “Belə bir qurum kimi Azərbaycan Prezidenti yanında İnsan Kapitalı Fondunun yaradılması çox faydalı olardı. Belə bir Fondun prezident yanında yaradılması ona görə təklif olunur ki, bu gün cənab İlham Əliyevin Azərbaycan xalqı arasında çox yüksək etimad kapitalı var, ona görə də xalq prezidentin birbaşa nəzarətində olan sahələrin inkişafına və davamlılığına inanır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR