Bank Of Baku

DAK-da Almaniyanın Frayburq Universitetinin müəllimi ilə görüş keçirilib

DAK-da Almaniyanın Frayburq Universitetinin müəllimi ilə görüş keçirilib
# 09 sentyabr 2008 14:42 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Dünya Azərbaycanlıları Konqresində (DAK) Almaniyanın Frayburq Universitetinin müəllimi, Azərbaycanşünas alim Uolker Adamla görüş keçirilib. APA-nın xəbərinə görə, əvvəlcə DAK İdarə Heyətinin üzvü Vaqif Sultanlı alimin həyat və fəaliyyəti barədə məlumat verib. O, V. Adamın həyat yoldaşının azərbaycanlı olduğunu söyləyib. V. Adam isə çıxışında Almaniyada Azərbaycanla bağlı gördüyü işlərdən danışıb. Alim ölkəsində elmi səviyyədə Azərbaycana marağın artdığını, lakin bu sahədə ədəbiyyat qıtlığı olduğunu, bu məsələ ilə bağlı Azərbaycanın dəstəyinə ehtiyac duyulduğunu vurğulayıb.

Almaniya-Azərbaycan Dostluq Cəmiyyətin sədri Çingiz Abdullayev isə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR