Bank Of Baku

Azərbaycanşünas Uolker Adam: “Alman şərqşünasları bilmir ki, əsl türklər Qafqazda və İranda yaşayırlar”

Azərbaycanşünas Uolker Adam: “Alman şərqşünasları bilmir ki, əsl türklər Qafqazda və İranda yaşayırlar”
# 09 sentyabr 2008 15:25 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. “İranda türklərin varlığını və çoxluq təşkil etdiyini inkar edən şərqşünaslar var”. Bu açıqlamanı APA-ya Almaniyanın Frayburq Universitetinin müəllimi, azərbaycanşünas alim Uolker Adam verib. Onun sözlərinə görə, Azərbaycan türklərinin varlığını sübut etmək üçün dünya miqyasında elmi sahədə fəaliyyətin genişləndirilməsinə ehtiyac var: “Alman şərqşünaslar türklər deyəndə Türkiyə vətəndaşlarını nəzərdə tuturlar. Amma bilmirlər ki, əsl türklər İranda və Qafqazda yaşayırlar”. U. Adam bildirib ki, Qafqazda yaşayan türklərə azərbaycanlı adı İosif Stalin tərəfindən süni şəkildə verilib: “Bu fikirlərə qarşı çıxmaq üçün materiallar lazımdır. Sakit yolla hədəfə çatmaq olar. Bunun üçün birgə fəaliyyətə ehtiyacımız var. Alman xalqı Azərbaycanı tanımaq istəyir, amma Azərbaycan özü bu məsələdə maraqlı olmalıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR