Bank Of Baku

Bu il Naxçıvanda 7 məktəb direktoru tutduğu vəzifədən azad edilib

Bu il Naxçıvanda 7 məktəb direktoru tutduğu vəzifədən azad edilib
# 10 sentyabr 2008 07:37 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Bu il Naxçıvan Muxtar Respublikasında 7 məktəb direktoru işdə yol verdiyi nöqsanlara görə tutduğu vəzifədən kənarlaşdırılıb. APA-nın yerli bürosunun məlumatına görə, bunu Muxtar Respublika təhsil işçilərinin konfransında Naxçıvan MR təhsil naziri Piri Nağıyev deyib. 2007-2008-ci tədris ilinin yekunları ilə bağlı məruzə ilə çıxış edən nazir son 12 ildə 140 məktəb binasının tikildiyini və ya əsaslı təmir olunduğunu qeyd edib. P. Nağıyev əldə olunan nailiyyətlərə baxmayaraq, təhsil sahəsində bir sıra nöqsanların olduğunu da deyib. Onun sözlərinə görə, bu il Naxçıvanın 15 ümumtəhsil məktəbi üzrə heç bir tələbə qəbulu qeydə alınmayıb. Konfransda Şərur rayonunun 8, Ordubadın 3, Culfanın 2, Şahbuz və Babək rayonlarının hərəsində 1 məktəbdən heç bir tələbə qəbulu qeydə alınmadığı vurğulanıb, həmin rayon təhsil şöbələrinin rəhbərlərinə ciddi xəbərdarlıq edilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında 222 orta ümumtəhsil məktəbi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR