Bank Of Baku

Lənkəranda yeni tədris ilinə hazırlıq müzakirə olunub

Lənkəranda yeni tədris ilinə hazırlıq müzakirə olunub
# 10 sentyabr 2008 09:19 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev- APA. Lənkəran rayonunda yeni dərs ilinə hazırlıqla əlaqədar təhsil işçilərinin ənənəvi konfransı keçirilib. APA-nın Cənub bürosunun məlumatına görə, rayon Təhsil Şöbəsinin müdiri Səmədağa Abdullayev geniş məruzə ilə çıxış edərək təkcə bu il rayonda Heydər Əliyev Fondu tərəfindən 4, dövlət vəsaiti hesabına isə 5 yeni məktəb binası inşa olunduğunu bildirib. O, qeyd edib ki, hazırda rayonda 88 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Nöqsanlara da toxunan rayon təhsil rəsmisinin sözlərinə görə, ötən tədris ilində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi nəticəsində 2541 şagirddən 2422 – si imtahana buraxılsa da, onlardan yalnız 2062 nəfəri imtahanlarda iştirak edib. 157 şagird isə imtahanlardan “qeyri-kafi” qiymət alıb. Təhsil nazirinin müavini Elmar Qasımov çıxışında Lənkəranda təhsilin səviyyəsindən ümumən razı qaldığını diqqətə çatdırıb.
Sonda bu il ali məktəblərə qəbul olunmuş bir qrup gəncə rayon İcra Hakimiyyətinin fəxri fərmanları və xatirə hədiyyələri təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR