Bank Of Baku

Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyin qəbul planı artırılıb

Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseyin qəbul planı artırılıb
# 10 sentyabr 2008 09:32 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi Liseyin 2008-2009-cu tədris ili üçün qəbul planı artırılıb. Hərbi Liseydən APA-nın yerli bürosuna verilən məlumata görə, bu il hərbi liseyə qəbul 38 say artırılaraq 250-yə çatdırılıb. Liseydən bildiriblər ki, qəbul planının artırılması prosesi hər il həyata keçirilir. Buna səbəb isə şagirdlər arasında hərbi təhsilə marağın ildən-ilə artmasıdır. Qeyd olunub ki, 2007-2008-ci tədris ilinin məzunu olmuş 2 nəfər xarici ölkələrdə hərbi təhsilini davam etdirmək hüququ qazanıb. Onlardan biri Rusiya Federasiyası Kosmik Müdafiə Hərbi Akademiyasına, digəri isə Türkiyə Quru Qoşunları Məktəbinə qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR