Bank Of Baku

Misir Mərdanov: “Yeni təhsil ilində müəllim və şagirdləri bir çox yeniliklər gözləyir”

Misir Mərdanov: “Yeni təhsil ilində müəllim və şagirdləri bir çox yeniliklər gözləyir”
# 10 sentyabr 2008 10:04 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “Biz təhsildə əvvəllər arzuladığımız səviyyəyə çatmışıq. Artıq orta məktəblərdə bir ştat, yəni 12 saat dərs deyən və müəyyən təcrübəsi olan müəllim orta hesabla 200 manatdan çox əməkhaqqı alacaq. Bu, çox ciddi hadisədir”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. O, ali məktəblərdə çalışanların əmək haqlarında artımın daha çox olduğunu bildirib: “Ümumi artım 50 faiz oldu. Biz ali məktəblərin rektorları, rektor yardımçıları, fakültə dekanları, kafedra müdirləri, professorları, şöbə müdirləri və dosentlərinin maaşlarının artımı haqqında ayrıca qərarın olmasını gözləyirik”. Nazir yeni təhsil ilində müəllim və şagirdləri bir çox yeniliklərin gözlədiyini söyləyib: “300-ə yaxın yeni tikilmiş, əsaslı təmir olunmuş və yaxud həyətində yeni korpus inşa edilmiş təhsil müəssisələri var. Universitetlərin yeni korpuslarının istifadəyə verilməsi, məktəblərin idman zallarının əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, yeni dərsliklər və əyani vəsaitlərin tətbiqi gözlənilir. Yeni təhsil ilində xüsusən Bakı şəhəri üzrə istilik sistemlərinin tətbiqi ilə bağlı çox ciddi addımlar atılacaq. Ən böyük yenilik isə bu ildən başlayaraq bütün məktəblərdə şagirdlərin vahid məktəbli forması geyməsi olacaq”.

M. Mərdanov ali məktəblərin ixtisaslarının yeni siyahısının hazırlandığını, yeni tədris ilində Bakı və Sumqayıtdakı 200-dən çox məktəbin sürətli internet şəbəkəsinə qoşulacağını da qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR