Bank Of Baku

Misir Mərdanov: “Azərbaycan Beynəlxalq Universitetində araşdırmalarımızı davam etdiririk”

Misir Mərdanov: “Azərbaycan Beynəlxalq Universitetində araşdırmalarımızı davam etdiririk”
# 10 sentyabr 2008 10:32 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “Azərbaycan Beynəlxalq Universitetində də yeni dərs ili başlanacaq. Amma biz bu universitetdə araşdırmalarımızı davam etdiririk və etdirəcəyik. İndi ali məktəbdə çalışanların məzuniyyətdən qayıtmasını gözləyirik. Bu məsələ ilə bağlı mətbuata mütəmadi məlumat veriləcək”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Nazir Azərbaycanın ali məktəblərində təhsil almağın yalnız bir yolu olduğunu xatırladıb: “Bir yol var - Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanından keçib, müvafiq bal toplamaqla ali məktəbə qəbul olmaq. Əvvəllər bizi qınayırdılar ki, ali məktəblərə köçürmələr aparırıq. İndi də bizi köçürmələri dayandırdığımıza görə qınayırlar. Biz tanımadığımız, yaxud da dünyanın tanımadığı ali məktəblərdən Azərbaycanın ali məktəblərinə köçürmələri dayandırmışıq”.

Nazir yaşayış yerini dəyişənlərə fərdi yanaşılacağını bildirib: “Biz ali məktəblərə kütləvi köçürmələrin həmişə əleyhinə olmuşuq və belə kütləviliyin qarşısını almağa çalışırıq. Belə hallar daha çox özəl ali məktəblərdə qeydə alınıb”.

M. Mərdanov hazırda Azərbaycanın ali məktəblərində 6 mindən çox xarici ölkə vətəndaşlarının təhsil aldığını və onların sayının ildən-ilə artdığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR