Bank Of Baku

Bakı şəhəri üzrə Təhsil İdarəsinin konfransı keçirilib

Bakı şəhəri üzrə Təhsil İdarəsinin konfransı keçirilib
# 10 sentyabr 2008 10:35 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) konfransı keçirilib. APA-nın məlumatına görə, idarənin müdiri Nailə Rzaquliyeva qurumun tabeliyində olan məktəblərin yeni dərs ilinə hazırlığı haqqında məruzə ilə çıxış edib. Qurumun tabeliyində olan ümumtəhsil məktəblərində 346 min 242 nəfər şagirdin təhsil aldığını qeyd edən məruzəçi bu il məzunlarının 40,12 faizinin ali məktəblərə qəbul imtahanlarında 300-dən yuxarı bal topladığını, 34 məzunun isə prezident təqaüdünə layiq görüldüyünü söyləyib. N. Rzaquliyeva təhsilin keyfiyyətinə əsaslı təsir göstərən fənn kabinetlərinin və laboratoriyaların yenilənməsi və təmirinin, məktəblərin internet şəbəkəsinə qoşulması prosesinin davam etdiyini bildirib.

İdarənin tabeliyində olan ümumtəhsil məktəblərinin təmsilçilərinin çıxışlarında isə yeni tədris ilində tətbiq ediləcək yenilik və islahatlardan söz açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR