Bank Of Baku

Rumıniyada “Əhməd Yəsəvidən günümüzə insanlığa yönəlmiş türk böyükləri və beynəlxalq mədəniyyət-sənət fəaliyyətlər” mövzusunda simpozium keçirilib

Rumıniyada “Əhməd Yəsəvidən günümüzə insanlığa yönəlmiş türk böyükləri və beynəlxalq mədəniyyət-sənət fəaliyyətlər” mövzusunda simpozium keçirilib
# 10 sentyabr 2008 10:42 (UTC +04:00)
Konstansa-APA. Sentyabrın 3-8-də Rumıniyanın Konstansa şəhərində, Türkiyənin Xalq Mədəniyyəti Araşdırmaları Qurumu və Rumıniya Demokrat Türk Birliyinin təşkilatçılığı ilə “Əhməd Yəsəvidən günümüzə insanlığa yönəlmiş türk böyükləri və beynəlxalq mədəniyyət-sənət fəaliyyətlər” adlı simpozium keçirilib. Azərbaycanın Rumıniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, simpoziumda Türkiyə, Azərbaycan, Ukrayna, Moldova, Cənubi Kipr və Rumıniyanı təmsil edən 40–dan çox elm, təhsil və mədəniyyət xadimi iştirak edib. İştirakçılar simpoziumdan öncə Buxarestdə ucaldılmış Mustafa Kamal Atatürk və Heydər Əliyevin büstlərini ziyarət edib, abidələr önünə tər çiçəklər qoyublar. Daha sonra simpozium iştirakçıları Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənovla görüşüblər. Konstansada keçirilən simpoziumun açılış mərasimində səfir Eldar Həsənovun, Türkiyənin bu şəhərdəki baş konsulu Halik Ağcanın, Türkiyənin Xalq Mədəniyyəti Araşdırmaları Qurumunun sədri, professor İrfan Nəsrəddinoğlunun, Heydər Əliyev İrsinin Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayevin, Akdəniz Universitetinin müəllimi Vüqar Sultanzadənin çıxışları dinləyicilərin böyük marağına səbəb olub. Simpoziumda çıxış edənlər böyük Türk dünyasının tarixində xüsusi və taleyüklü rol oynayan görkəmli şəxslərin həyat və fəaliyyətlərindən ətraflı söhbət açıb, elmi araşdırmalar nəticəsində meydana çıxan faktları diqqətə çatdırıblar. Simpoziumda XX əsrin görkəmli siyasi xadimləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin zəngin həyat və misilsiz fəaliyyətləri barədə çıxışlar rumın alimlərinin də böyük marağına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR