Bank Of Baku

Milli Məclisin komissiyası Xəzər sahili boyunca 20-50 metrlik ərazilərin boş saxlanmasını təklif edir

Milli Məclisin komissiyası Xəzər sahili boyunca 20-50 metrlik ərazilərin boş saxlanmasını təklif edir
# 10 sentyabr 2008 10:48 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Aqrar siyasət komissiyasının iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda “Torpaq islahatı haqqında” qanuna, Torpaq Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi ilə bağlı məsələ müzakirəyə çıxarılıb. Komissiya sədrinin müavini Eldar Quliyev bildirib ki, əlavə və dəyişikliklər Xəzər dənizinin Azərbaycana aid olan hissəsinin sahili boyunca 80-130 metrlik zolağa daxil olan torpaqlarla bağlıdır. Əlavə və dəyişikliklərə əsasən sahilboyu 80-130 metrlik deyil, 20-50 metrlik ərazilər boş saxlanmalıdır. Sədr müavini deyib ki, 80-130 metrlik məsafədə tikilən evlərin sökülməməsi üçün qanuna əlavə və dəyişikliklər edilməsi təklif olunub. Layihənin Milli Məclisin iclasına çıxarılması tövsiyə edilib.

İclasda komissiyanın payız sessiyası üçün qanunvericilik planı da təsdiqlənib. Bundan başqa, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi müzakirə edilərək parlamentin müzakirəsinə çıxarılmaq üçün tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR