Bank Of Baku

Azərbaycan Həkimlər Assosiasiyası ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət edib

Azərbaycan Həkimlər Assosiasiyası ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət edib
# 10 sentyabr 2008 11:50 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “Atəşkəs rejiminin müntəzəm pozulması nəticəsində insanlar həlak olur. Hər an daha böyük, daha qanlı müharibənin başlanma təhlükəsi real olaraq qalır. İndiki və gələcək nəsillər üçün bu gün dondurulmuş müharibənin real təhlükəsini duyaraq, öz peşə və vətəndaşlıq borcumuzu yerinə yetirərək sizə müraciət edirik”. APA-nın məlumatına görə, bu sözlər Azərbaycan Həkimlər Assosiasiyasının ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciətində yer alıb. Müraciətdə assosiasiyanın 1994-cü ildə irəli sürdüyü “Qafqazda sülh və əmin-amanlıq naminə həkimlər hərəkatı”nın yaradılması təşəbbüsünün dəstəklənməsi xahiş olunur: “Hərbi-siyasi vəziyyət, erməni həmkarlarımızın tərəddüdləri və maliyyə dəstəyinin olmaması vaxtilə təşəbbüsün reallaşmasına maneçilik törətmişdi. Artıq bu missiyanın həyata keçirilməsi üçün obyektiv maneələr azalıb, Qafqazda isə münaqişələr çoxalıb. Biz sizlərin yardım və dəstəyinə ümid edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR