Bank Of Baku

Milli Məclisdə uşaq müəssisələrindən uşaqların ailələrə verilməsinə həsr olunmuş tədbir keçirilib

Milli Məclisdə uşaq müəssisələrindən uşaqların ailələrə verilməsinə həsr olunmuş tədbir keçirilib
# 10 sentyabr 2008 12:20 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclisin Sosial siyasət daimi komissiyasının təşkilatçılığı ilə Azərbaycan prezidentinin ölkədə dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (Deinstitusionalizasiya) və alternativ qayğı Dövlət Proqramının (2006-2015) təsdiq edilməsi barədə sərəncamından irəli gələn vəzifələrin həyata keçirilməsinə həsr olunmuş tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə sözügedən sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi, qanun yaradıcılığı təşəbbüsləri, uşaq evlərində olan uşaqların ailələrə verilməsi, onların hüquqlarının qorunması, sosial müdafiəsi mexanizmlərinin hazırlanması və qəbul edilməsi ilə bağlı məsələlər müzakirə olunub.

Tədbir iştirakçıları uşaqların dövlət uşaq müəssisələrinə düşməsi hallarının qarşısının alınması, uşaq evləri və internat tipli təlim-tərbiyə müəssisələri bazasında uşaqlar üçün ailə əsaslı sosial xidmətlər mərkəzlərinin və alternativ xidmətlər sisteminin yaradılması, ailələrə verilmiş sağlamlıq imkanları məhdud uşaqların müəyyən hissəsinin ümumtəhsil məktəblərinə inteqrasiyası və digər mövzularda fikir mübadiləsi aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR