Bank Of Baku

Astarada müəllimlərin ümumrayon konfransı keçirilib

Astarada müəllimlərin ümumrayon konfransı keçirilib
# 13 sentyabr 2008 08:17 (UTC +04:00)
Astara. Ağəddin Babayev – APA. Astarada müəllimlərin ənənəvi ümumrayon konfransı keçirilib. Tədbirdə rayonun təhsil sistemindəki irəliləyişlər və həlli vacib problemlər müzakirə olunub. APA-nın cənub bürosunun məlumatına görə, konfransda rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova hesabat məruzəsi ilə çıxış edərək 2007-2008-ci tədris ilində rayonda bu sahəsində görülmüş işlərdən və yeni dərs ilində qarşıda duran vəzifələrdən danışıb. Məruzə ətrafında çıxışlarda rayonda təhsilin inkişafında və məktəblərin maddi-texniki bazasının gücləndirilməsində göstərilən diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıq ifadə olunub. Təhsil nazirinin müavini Elmar Qasımov və Astara rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev rayonun pedaqoji ictimaiyyətini, valideynləri və şagirdləri yeni dərs ilinin başlanması münasibətilə təbrik edərək, onlara uğurlar arzulayıblar. Sonda bir qrup müəllimə fəxri fərmanlar və pul mükafatları təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR