Bank Of Baku

Bu il Azərbaycan sərhədini keçən vətəndaşların sayı 28% artıb

Bu il Azərbaycan sərhədini keçən vətəndaşların sayı 28% artıb
# 23 sentyabr 2008 12:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin birinci yarısında Azərbaycan sərhədini keçən vətəndaşların sayı keçən ilin eyni dövrü ilə müqayisədə 27,8% və ya 728,6 min nəfər artaraq 3 344,9 min nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu vətəndaşların 49,2%-ni 135 xarici ölkədən Azərbaycana gələn, 50,8%-ni isə 132 xarici ölkəyə gedən vətəndaşlar təşkil edib. Azərbaycana gəlib-gedən vətəndaşların 53,1%-i Azərbaycan, 16,5%-i Gürcüstan, 13,4%-i Rusiya, 7,8%-i İran, 4,3%-i Türkiyə, 0,7%-i Birləşmiş Krallıq, 0,7%-i Ukrayna, 0,4%-i ABŞ, 0,3%-i Qazaxıstan, 0,3%-i Almaniya, 2,5%-i isə digər dövlətlərin vətəndaşları olub.
Bu ilin yanvar-iyun aylarında Azərbaycana gələn vətəndaşların sayı 1 644,2 min nəfərə çatıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 343,9 min nəfər və ya 26,4% çox olub. Onların 861,3 min nəfəri (52,4%-i) Azərbaycan, 782,9 min nəfəri isə (47,6%-i) digər ölkələrin vətəndaşları olub. Azərbaycana gələn xarici ölkə vətəndaşlarının 33,2%-i Gürcüstan, 29,7%-i Rusiya, 16,7%-i İran, 9,7%-i Türkiyə, 1,6%-i Birləşmiş Krallıq, 1,5%-i Ukrayna, 0,8%-i ABŞ, 0,7%-i Qazaxıstan, 0,6%-i Almaniya, 5,5%-i isə digər ölkələrdən gəlib.
Hesabat dövründə Azərbaycandan gedən vətəndaşların sayı 29,2% artaraq 1 700,7 min nəfərə çatıb və onların 914,6 min nəfəri Azərbaycan vətəndaşı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR