Bank Of Baku

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi yeni layihələrin icrasına başlayır

Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi yeni layihələrin icrasına başlayır
# 23 sentyabr 2008 13:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi yeni antikorrupsiya layihələrinin icrasına başlayır. Şəbəkənin koordinatoru Əliməmməd Nuriyevin APA-ya verdiyi məlumata görə, “Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinə proqram və institusional dəstək layihəsi” çərçivəsində şəbəkənin institusional inkişafı, onun ictimaiyyətlə əlaqələrinin genişləndirilməsi, qurumun saytının yaradılması istiqamətində addımlar atılacaq. Bununla yanaşı, 9 dekabr - Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Günü ilə əlaqədar ailə məktəblərdə “Gənclər korrupsiyaya yox deyir!” şüarı altında tədbirlər keçiriləcək. Layihə çərçivəsində QHT üzvlərinin korrupsiyaya qarşı mübarizə sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə “Korrupsiya qarşı mübarizə sahəsində monitorinq alətləri” mövzusunda seminar da təşkil ediləcək.

Qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi 2006-cı ildə yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR