Bank Of Baku

Afinada korrupsiyaya qarşı mübarizə mövzusunda beynəlxalq konfrans keçiriləcək

Afinada korrupsiyaya qarşı mübarizə mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 23 sentyabr 2008 13:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu il oktyabrın 28-29-da Yunanıstanın paytaxtı Afinada korrupsiyaya qarşı mübarizə mövzusunda beynəlxalq konfrans keçiriləcək. Bu barədə APA-ya Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev məlumat verib. O bildirib ki, konfransda cəmiyyətin kоrrupsiyаyа qarşı mübarizəyə səfərbər оlunmаsındа QHT-lərin rolu, bu problemlə mübarizə sahəsində QHT-lərlə dövlət strukturları arasında səylərin əlaqələndirilməsi, ictimai təşkilatların əməkdaşlının inkişaf etdirilməsi, korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə məsələləri müzakirə olunacaq. Azərbaycanı konfransda Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin 4 üzvü təmsil edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR