Bank Of Baku

Saatlı rayonunda modul tipli su təmizləyici qurğu istifadəyə verilib

Saatlı rayonunda modul tipli su təmizləyici qurğu istifadəyə verilib
# 24 sentyabr 2008 09:47 (UTC +04:00)
Saatlı. Əlibəy Zeynalov-APA. Bu gün Saatlı rayonunun Qıraqlı kəndində yeni quraşdırılmış modul tipli su təmizləyici qurğu istifadəyə verilib. Bu barədə APA-nın Mil-Muğan bürosuna Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, Qıraqlı kəndində müasir texnologiya əsasında İtaliya, ABŞ, Almaniya və Belçika istehsalı olan avadanlıqlarla təchiz olunmuş su təmizləyici qurğu gün ərzində 70 kubmetr su təmizləmə gücünə malikdir. Modul tipli qurğunun fəaliyyəti nəticəsində kəndin 3357 nəfər əhalisi 14 bulaq vasitəsilə təmiz içməli sudan istifadə edəcək. Qurğunun açılış mərasimində Ekologiya və Təbii sərvətlər naziri Hüseyn Bağırov iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR