Bank Of Baku

Azərbaycan paytaxtında üç beynəlxalq tibb sərgisi başlayıb

Azərbaycan paytaxtında üç beynəlxalq tibb sərgisi başlayıb
# 24 sentyabr 2008 10:21 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, açılış mərasimində çıxış edən Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib ki, XIV Azərbaycan Beynəlxalq Səhiyyə Sərgisi regionun ən iri səhiyyə sərgisidir.
Ölkənin səhiyyə sistemi ilə bağlı bəzi məlumatları açıqlayan nazir müavininin sözlərinə görə, səhiyyə sisteminin büdcəsi hər il 40-50% artır. Bu artım səhiyyə işçilərinin əmək haqlarının ödənilməsinə, səhiyyə müəssisələrinin müasir avadanlıqla təchizinə, təmirinə, tikintisinə sərf edilir. E.Ağayev qeyd edib ki, yaxın vaxtlarda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən Talassemiya Mərkəzinin açılışı olacaq. Bundan əlavə, Səhiyyə Nazirliyinin büdcəsi hesabına Oğuz, Xanlar və Yevlax rayonlarında müasir tibb mərkəzləri tikilir. Nazir müavini onu da əlavə edib ki, son vaxtlar ölkədə sovet dövründə istehsal edilən köhnə təcili yardım maşınlarının yeni «Mercedes» markalı maşınlarla əvəz edilməsi üçün işlər aparılır. Artıq paytaxtda belə təcili yardım maşınları istifadəyə verilib. Bu yaxınlarda isə regionlar üçün ölkəyə yeni gətirilən «Mercedes» markalı təcili yardım maşınlarının bölgüsü həyata keçiriləcək.
Azərbaycan Ticarət və Sənaye Palatasının vitse-preizdenti Mehman Əhmədov bu sərgiləri ölkədə son vaxtlar səhiyyə sahəsində görülən işlərin nəticəsi kimi qiymətləndirib.
«İteca Caspian»ın prezidenti Fərid Məmmədov isə qeyd edib ki, sərgilər Azərbaycanın Səhiyyə Nazirliyi, Ticarət və Sənaye Palatası, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Stomatologiya Assosiasiyasının dəstəyi ilə keçirilir.
Beynəlxalq Səhiyyə Sərgisində 19 ölkədən 100 şirkət iştirak edir. Sərgidə farmakologiya, tibbi avadanlıq, tibbi elektronika, aptek və tibb müəssisələri üçün avadanlıq və mebel, diaqnostika, gigiyena vasitələri, kosmetologiya, pəhriz və qida əlavələri, xəstəxanalar, tibbi təhsil, sığorta, tibb informasiya texnologiyaları üzrə stendlər nümayiş olunur. Sərgidə Azərbaycanın «Arash Medical», «HB Co. Ltd.», «Vitta», «Labservis» , İsrailin «Osteosintez», Gürcüstanın «Batfarma», Latviyanın «Tonus Elast», İspaniyanın «Fenin Spanish Group», Rusiyanın «MSM-Medical» və «Megard Group», İtaliyanın «Betafarma Spa» və s. şirkətlər iştirak edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR