Bank Of Baku

Xaricdəki soydaşlarımızın Azərbaycanda ödənişli ali təhsil alması sahəsində güzəştli qiymətlər tətbiq oluna bilər

Xaricdəki soydaşlarımızın Azərbaycanda ödənişli ali təhsil alması sahəsində güzəştli qiymətlər tətbiq oluna bilər
# 24 sentyabr 2008 11:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələcəkdə Azərbaycanda xarici ölkə vətəndaşı olan azərbaycanlıların ödənişli ali təhsili güzəştli qiymətlərlə alması mümkündür. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib.
Nazirin sözlərinə görə, hazırda Azərbaycanda ali təhsil alan əcnəbilər və xarici ölkə vətəndaşları olan azərbaycanlılar arasında təhsil haqqı kimi ödənilən ödənişlərin məbləğində heç bir fərq qoyulmur: «Bu məsələ üzrə düşünmək və soydaşlarımız üçün hər hansı güzəştlər tətbiq etmək olardı».
Qeyd edək ki, hazırda Azərbaycanda 50 ölkədən 6,5 min nəfər əcnəbi tələbə təhsil alır. Xaricdə təhsil alan azərbaycanlı tələbələrin sayı isə 4 min. təşkil edir ki, bunun da 1 min nəfəri dövlət hesabına təhsil alır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR